"Harada hüquq varsa, orada çıxış yolu var"
Ana Səhifə Haqqımda Xidmətlər Blog Xəbərlər Partnyorlar Əlaqə Pulsuz Konsultasiya
AZ EN RU
Müqavilənin bağlanması: Oferta və Aksept
Mülki Hüquq 12.05.2026 21 baxış

Müqavilənin bağlanması: Oferta və Aksept

Müqavilənin bağlanması: Oferta və Aksept; Oferta nədir?; Aksept nədir?;

⚖️ MÜQAVİLƏ HÜQUQU — II HİSSƏ
📌 Müqavilənin bağlanması: Oferta və Aksept

Müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı olduqda bağlanmış hesab edilir.

📖 Mülki Məcəllənin 405-ci maddəsinə əsasən müqavilə:
✔ Oferta (təklif)
✔ Aksept (qəbul) vasitəsilə bağlanır.


📌 Oferta nədir?

Oferta — müqavilə bağlamaq barədə konkret və ciddi təklifdir.

Ofertada:
✔ Müqavilənin mühüm şərtləri göstərilməli
✔ Təklif edən şəxsin müqavilə bağlamaq iradəsi aydın olmalıdır.


📌 Aksept nədir?

Aksept — ofertanın tam və qeyd-şərtsiz qəbul edilməsidir.

⚠️ Şərtlərin dəyişdirilməsi ilə verilən cavab artıq aksept deyil, yeni oferta hesab olunur.

📌 Müqavilə nə vaxt bağlanmış sayılır?

Müqavilə oferta göndərən şəxsin aksepti aldığı andan qüvvəyə minir.


📍 Vacib məqamlar:
✔ Susmaq ümumiyyətlə aksept sayılmır
✔ Elektron yazışmalar da müqavilə yarada bilər
✔ Notarial forma tələb olunan müqavilələr mütləq təsdiqlənməlidir.


#Müqavilə #Oferta #Aksept #Hüquq #Lawyer #ContractLaw #Avukat

← Bütün məqalələr Hüquqi Məsləhət