Mülki məhkəmə icraatında işlərin ağlabatan müddətdə baxılması tərəflərin hüquqlarının səmərəli müdafiəsi üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172-ci maddəsi məhkəmələrin mülki işlərə baxması üçün konkret müddətlər müəyyən edir.
- Qanunvericiliyə əsasən:
• İşə bərpa və aliment tutulması ilə bağlı işlərə – 2 ay müddətində;
• İpoteka müqavilələrindən irəli gələn mübahisələrə və iflas işlərinə – 3 ay müddətində;
• Digər mülki mübahisələrə dair işlərə – 4 ay müddətində baxılmalı və müvafiq qətnamə və ya qərardad qəbul edilməlidir.
Mübahisənin mürəkkəbliyi və ya işdə iştirak edən şəxslərin çoxluğu səbəbindən 4 aylıq baxılma müddəti məhkəmənin əsaslandırılmış qərardadı ilə əlavə olaraq 2 aydan çox olmamaq şərti ilə uzadıla bilər.
Bəzi kateqoriya işlər üzrə isə qanunvericilik daha qısa baxılma müddətləri müəyyən edə bilər.
Məhkəmə baxışının qanunla müəyyən edilmiş müddətlərdə həyata keçirilməsi şəxslərin ədalətli məhkəmə araşdırması hüququnun vacib təminatlarından biridir.