BORC MÜQAVILƏSI – ƏSAS ANLAYIŞ VƏ ŞƏRTLƏR
Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nə əsasən, borc müqaviləsi elə razılaşmadır ki:
- Borcverən pul və ya əvəz edilən əşyaları verir
- Borcalan isə həmin məbləği və ya eyni keyfiyyətdə əşyaları geri qaytarır
📌 Əsas prinsip: verilən qaytarılmalıdır – eyni məbləğ və ya ekvivalent şəkildə
📝 Müqavilə nə zaman yazılı olmalıdır?
Aşağıdakı hallarda yazılı forma mütləqdir:
- Məbləğ 3000 manatdan çoxdursa
- Tərəflərdən biri hüquqi şəxsdirsə
⚠️ Yazılı forma olmadan sübut etmək çətinləşir.
💰 Faizlər necə müəyyən olunur?
- Faizlər tərəflərin razılığı ilə təyin edilir
- Müqavilədə yoxdursa – qanuna görə hesablanır
- Faiz yalnız əsas borc qalığına tətbiq olunur
📊 Hesablama prinsipi:
- İllik faiz ÷ 365
- Faktiki günlərə vurulur
📌 Nəticə :
Borc müqaviləsi sadə sənəd deyil – düzgün tərtib olunmadıqda ciddi hüquqi risklər yaradır.
👉 Növbəti hissədə: izləmədə qalın
müqavilədən imtina, borcun qaytarılması və riskli hallar