"Harada hüquq varsa, orada çıxış yolu var"
Ana Səhifə Haqqımda Xidmətlər Blog Xəbərlər Partnyorlar Əlaqə Pulsuz Konsultasiya
AZ EN RU
BAĞIŞLAMA (MÜQAVİLƏSİ)
Mülki Hüquq 03.05.2026 43 baxış

BAĞIŞLAMA (MÜQAVİLƏSİ)

BAĞIŞLAMA MÜQAVİLƏSİ NƏDİR? Nə bağışlana bilər? Kimlər bağışlaya bilər? Bağışlama müqaviləsinin forması Avukat.az komandası olaraq sizə kömək etməyə hazırıq. #avukataz #law #legal #lawyer #azerbaijan

BAĞIŞLAMA MÜQAVİLƏSİ NƏDİR?

📌 Bağışlama müqaviləsinin mahiyyəti

Bağışlama müqaviləsi — şəxsin öz əmlakının bir hissəsini qarşılıqsız olaraq digər şəxsə verməsidir. Bu zaman:

  • Hədiyyə alan heç bir öhdəlik daşımır
  • Müqavilə yalnız hədiyyə qəbul edildikdə qüvvəyə minir
  • Əgər şərt yoxdursa, qəbul olunmuş hesab edilir

📌 Nə bağışlana bilər?

✔ Əşyalar
✔ Pul və əmlak hüquqları (tələblər)
✔ Borcdan azadetmə

❗ Amma: mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.


📌 Kimlər bağışlaya bilər?

  • Tam fəaliyyət qabiliyyətli şəxslər
  • Məhdud və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər isə yalnız qanuni nümayəndə vasitəsilə

📌 Bağışlama müqaviləsinin forması

Bağışlama aşağıdakı hallarda etibarlı sayılır:

  • 🏠 Daşınmaz əmlak → notariat qaydada təsdiq
  • 🚗 Qeydiyyat tələb edən əşyalar → notariat qaydada təsdiq
  • 📦 Sadə əşyalar → faktiki təhvil olmalı
  • 📄 Hüquqlar → yazılı formada
  • ⏳ Gələcəkdə bağışlama vədi → notariat qaydada təsdiqi

Növbəti bloqda "BAĞIŞLAMANIN LƏĞVİ VƏ HÜQUQİ NƏTİCƏLƏR"
← Bütün məqalələr Hüquqi Məsləhət