Əsas anlayış və tərəflərin vəzifələri
Alğı-satqı müqaviləsi gündəlik həyatımızda ən çox rast gəlinən hüquqi münasibətlərdən biridir. Ev alanda, telefon alanda, hətta marketdən məhsul alanda belə bu müqavilə faktiki olaraq bağlanır.
📖 Müqavilənin mahiyyəti
Alğı-satqı müqaviləsinə görə:
- Satıcı – əşyanı verməlidir
- Alıcı – əşyanı qəbul edib pulunu ödəməlidir
Bu sadə görünən münasibət əslində çox ciddi hüquqi nəticələr yaradır.
⚖️ Satıcının əsas vəzifələri
Satıcı:
- Əşyanı müqaviləyə uyğun verməlidir
- Əşyaya aid sənədləri təqdim etməlidir (məsələn: texniki pasport, sertifikat)
- Əşyanı üçüncü şəxslərin hüquqlarından azad təqdim etməlidir
👉 Məsələn: Əgər aldığınız ev girovdadırsa və sizə bildirilməyibsə, müqaviləni ləğv edə bilərsiniz.
⏱ Əşyanın verilmə vaxtı və yeri
Əşya:
- Müqavilədə göstərilən vaxtda
-
Razılaşdırılmış yerdə
təqdim olunmalıdır.
Əgər bu şərtlər pozularsa, alıcı müqavilədən imtina edə bilər.
⚠️ Risk nə vaxt keçir?
Əşya zədələnsə və ya məhv olsa:
- Risk əşyalar alıcıya təhvil veriləndən sonra alıcıya keçir
👉 Yəni mal artıq sizə verilibsə, məsuliyyət də sizə keçir.
📌 Nəticə:
Bu mərhələdə əsas prinsip – “kim nəyi və nə vaxt verməlidir” məsələsidir. Əgər bu düzgün tənzimlənməzsə, mübahisələr qaçılmaz olur.
Növbəti bloqda "Alıcının hüquqları – keyfiyyət, miqdar və seçim azadlığı"